Dünya

Tramp: Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur

31 yanvar / 10:39 1 dəq
95bb1535 6558 33fd 81d5 B039c6152cba 850
31 yanvar / 10:39
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bunu Tramp brifinqdə söyləyib.

“Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ evdə çıxışı zamanı bildirib.

Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib: “Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”.

Xatırladaq ki, əvvəl “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təcili yardım xidmətinin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər