Dünya

İspaniya Ukraynaya 10 milyon avroluq humanitar yardım göndərəcək

29 yanvar / 13:34 1 dəq
67991aebab91167991aebab912173808714767991aebab90f67991aebab910
29 yanvar / 13:34
Burada sizin reklamınız ola bilər

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Ukraynaya səfər edib və humanitar yardım üçün əlavə 10 milyon avro ayrıldığını açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

Məlumata görə diplomat Ukraynaya səfəri zamanı ölkə hakimiyyətinə İspan Əməkdaşlıq Agentliyindən humanitar yardım kimi 10 milyon avro ayrıldığı və bu məbləğin münaqişənin başlanmasından bu yana İspaniyanın indiyə qədər verdiyi 100 milyon avroya əlavə olunacağı barədə məlumat verib.

Məlumatda həmçinin bildirilir ki, 7 minə yaxın ukraynalı hərbçi artıq İspaniyada təlim keçib.

Paylaş
Burada sizin reklamınız ola bilər