Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Tovuz polisi ekstrasensdən kömək istəyib

20 yanvar / 13:40 3 dəq
Zireddin rzayev
20 yanvar / 13:40
Burada sizin reklamınız ola bilər

Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayevdən kömək istəyib. 

Xeber.de-nin məlumatına görə, Z.Rzayev bunu “İri Plan” Youtube kanalına müsahibəsində deyib.

O, müsahibəsində qeyd edib ki, Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda olub. Tovuz polisi Z.Rzayevdən qatili tapmaları üçün kömək istəyib: “Məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır. Mənə şəkil verələr, ad deyələr, qohumdu, ya qonşudu şübhələndikləri… Məsələn, 10 nəfərdən şübhələnirsiniz, onları deməlisiniz ki, mən nəsə deyə bilim. Amma mən divarla öz-özümə danışa bilmərəm”.

Ekstrases müsahibəsində bildirib ki, hazırda şübhəli qismində saxlanan və cinayəti etiraf edən adama baxanda onda kişiliklə bağlı problem görür: “Onun sağlamlığı yerində deyil – ya yarım vəziyyətdədir, ya da ümumiyyətlə onda kişilik potensialı yoxdur. Hələlik güc strukturları orda zorakılıq olub-olmaması barədə rəsmi açıqlama verməyiblər, ancaq mən nədənsə orda zorakılıq görürəm. Amma cinayətkara baxanda, onun impotent olma ehtimalının böyük olduğunu hiss edirəm və bu məni çaşdırır…”

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı