Dünya

Kobaxidze Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qaldığını bildirib

24 yanvar / 14:31 1 dəq
6793680497f786793680497f7917377136686793680497f766793680497f77
24 yanvar / 14:31
Burada sizin reklamınız ola bilər

Biz Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qalırıq.

Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan münasibətlərdəki çətinliklərə baxmayaraq, Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirir.

“Münasibətlərdəki çətinliklərə baxmayaraq, biz Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcəyik və bunun daha bir təzahürü ondan ibarətdir ki, biz bütün öhdəliklərimizi, o cümlədən müvafiq sənədin Avropa Komissiyasına təqdim edilməsi ilə bağlı öhdəliklərimizdən birini yerinə yetiririk. Bu, iqtisadi islahat planıdır, üç ili – 2025, 2026 və 2027-ci illəri əhatə edir. Biz məsələlərə dair aydın baxışımızı Avropa Komissiyasına təqdim etmişik. Biz, təbii ki, Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı öhdəliklərinə sadiq qalırıq”, – İrakli Kobaxidze bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər