Siyasət

GAK 20 Yanvar şəhidlərini anıb

19 yanvar / 23:33 2 dəq
1ca16a43720fee19a598ef7ad0c0571e
19 yanvar / 23:33
Burada sizin reklamınız ola bilər

Bu gün, 19 yanvar tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Bolnisi rayonunun Faxralı (Talaverdi) kəndində “20 yanvar” faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir 20 Yanvar günü Faxralı kənd sakini şəhid Əhmədov İlqar Hümbət oğlunun qəbrini ziyarətlə başlayıb.

Anım tədbirinin ruhani Əli Qəmbərov açaraq, şəhidin ruhuna dualar oxundu, məzarı üstünə qərənfillər düzülüb. Daha sonra GAK-ın sədri Hüseyn Yusubova söz verilib.

Hüseyn Yusubov öz çıxışında “20 yanvar” günü şəhid olan qəhrəmanların, həmin günü, Dünya Azərbaycanlılarının Qəhrəmanlıq Səlnaməsinə qızıl hərflərlə yazdığını bildirib.

Daha sonra tədbirdə çıxış edən ziyalılar “20 Yanvar” günü baş verən hadisələr haqda məlumatlar veriblər.

Tədbirdə dövlət nümayəndələri, Gürcüstan Parlamentinin Sabiq deputatları Hidayət Hüseyinov və Ramiz Bəkirov, Faxralı kənd ictimai məktəblərinin şagirdləri və kollektivi, elin ziyalıları, gənclər və maraqlanan şəxslər iştirak ediblər.

Şəhid İlqar Əhmədovun qəbrinə ziyarət mərasimi Faxralı məktəblilərinin səsləndirdiyi şeirlərlə yekunlaşıb.

Qeyd edək ki, bu gün Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kəndində və Telavi rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.

Əlavə qeyd: 20 Yanvar faciəsi zamanı altı nəfər Gürcüstan azərbaycanlısı şəhid olub.

Paylaş
Burada sizin reklamınız ola bilər