Dünya

Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini açıqlayıb

14 yanvar / 11:38 1 dəq
Putin tramp
14 yanvar / 11:38
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putinlə mümkün qədər tez bir vaxtda görüşmək istəyirəm”.

Bunu “Newsmax” telekanalına müsahibəsində ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, bunun üçün ilk növbədə vəzifəsinin icrasına başlamalıdır:

“Mən bilirəm ki, o da mənimlə görüşmək istəyir. İstərdim ki, bu görüş mümkün qədər tez baş tutsun. Lakin əvvəlcə gərək mən prezident vəzifəsini yerinə yetirməyə başlayım”.

Qeyd edək ki, D. Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək Mayk Uolts D. Trampla V. Putin arasında telefon danışığının yaxın vaxtlarda baş tuta biləcəyini istisna etməyib.

Bu arada, bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kreml rəhbərinin ABŞ-nin yeni rəhbəri ilə qeyd-şərtsiz görüşməyə hazır olduğunu açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər