Daha bir təyyarə qəzası…
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində çox saylı insan ölüb.
Qerbxeber.com bildirir ki, Axar.az bu barədə “Yonhap” agentliyinin məlumatına əsasən xəbər yayıb.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
Qəzaya uğrayan Boinq-737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib.
Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.
Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər də ölmüş hesab olunur.
Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur.
Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.




