Kateqoriyasız

20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb

17 yanvar / 14:36 1 dəq
20 yanvar 170120 (3)
17 yanvar / 14:36
Burada sizin reklamınız ola bilər

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.

Nazirlikdən Tbildirilib ki, tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım ayrılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər