Bu gün Heydər Əliyevin anım günüdür
Bu gün görkəmli dövlət xadimi, Müstəqil Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin anım günüdür.
Qerbxeber.com xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 21 il ötür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib, 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.




