Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Almaniya Gürcüstanla iqdisadi əməkdaşlığı dayandırır

4 dekabr / 10:36 2 dəq
Almanya gurcustan
4 dekabr / 10:36
Burada sizin reklamınız ola bilər

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanla əməkdaşlığı nəzərdən keçirir.

Qerbxeber.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb. Eyni zamanda, bəyanatda əlavə tədbirlər görməyə hazır olduqları qeyd edilir: “Gürcüstanla yeni layihələr vəd edilməyəcək və həyata keçirilməyəcək, heç bir kredit müqaviləsi imzalanmayacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Avropa və beynəlxalq tərəfdaşlarımızla aparılacaq məsləhətləşmələrə əsasən, əlavə tədbirlər görmək hüququnu saxlayır”, – deyə məlumatda qeyd olunub.

Bundan əlavə, Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Sveniya Şulz Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqları dayandırmaq qərarına münasibət bildirib: “Bu qərarla Gürcüstan hökuməti, ən azı müvəqqəti olaraq, vətəndaşlarının Avropa gələcəyinin imkanını bloklayır. Gürcüstanın əksər vətəndaşları Avropa İttifaqına qoşulmağı dəstəkləyir.

Hər gün Tbilisi və digər şəhərlərdə insanlar küçələrə çıxır, çünki Avropa Gürcüstanı istəyirlər. Bundan əlavə, Avropa İttifaqına yaxınlaşma Gürcüstanın Konstitusiyasında qeyd olunub. İqtisadi İnkişaf Nazirliyi indiyə qədər Gürcüstanın Avropa yolunu dəstəkləyib. Bu hökumətlə olan əməkdaşlıq artıq həyata keçirilməyəcək. Gələcəkdə, əgər belə bir əməkdaşlıq olsa, bu, yalnız ölkənin Avropa əlaqələrini gücləndirəcəyi sahələrdə davam etdirilə bilər”, – deyə nazir qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı