Ağstafa

Sabah hava dəyişəcək:Leysan,külək gözlənilir

25 oktyabr / 15:42 1 dəq
Hava
25 oktyabr / 15:42
Burada sizin reklamınız ola bilər

Azərbaycanda oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qerbxeber.com-a verilən məlumata görə

Qazax, Ağstafa,Tovuz, Şəmkir,Gəncə, Samux, Goranboy, Tərtər, Naftalan rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər