Dünya

Gürcüstanda parlament seçkilərini rekord sayda beynəlxalq müşahidəçi izləyəcək

16 oktyabr / 12:21 1 dəq
A2a5653e4e1cf6e5da7cdabe63700b8b
16 oktyabr / 12:21
Burada sizin reklamınız ola bilər

Oktyabrın 15-nə olan məlumata görə, parlament seçkilərini müşahidə etmək üçün 64 beynəlxalq təşkilatı qeydiyyata alınıb.

Qerbxeber.com xəbər verir ki, bu da 2008-ci ildən bəri keçirilən bütün parlament seçkilərinin göstəricilərini üstələyib.

Statistikaya görə, 2020-ci ildə parlament seçkilərini 48, 2016-cı ildə 55, 2012-ci ildə 61, 2008-ci ildə isə 62 beynəlxalq təşkilat müşahidə edib.

Beynəlxalq müşahidə təşkilatlarının qeydiyyatı oktyabrın 22-dək davam edəcək. Müraciətlər və yoxlamalar başa çatdıqdan sonra MSK hər bir təşkilatdan olan müşahidəçilərin sayını öz səhifəsində dərc edəcək.

Məlumat üçün bildirək ki, bu il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilk dəfə proporsional qaydada keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər