KİV: Pentaqon Ukraynaya fosfor sursatlarının tədarükünə başlamağa çağırıb
ABŞ Müdafiə Nazirliyi Kiyevə fosfor sursatların tədarükünə başlamağa çağırıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrinə istinadən məlumat yayıb.
“Pentaqonun yüksək vəzifəli rəsmiləri cəbhədə istifadə üçün Ukraynaya ağ fosforlu sursat verməyi tövsiyə edib. Amma Ağ Ev bir neçə dəfə bu təklifi rədd edib”, – telekanal qeyd edib.




