Hadisə

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

29 avqust / 08:39 1 dəq
Mn1
29 avqust / 08:39
Burada sizin reklamınız ola bilər

Avqustun 28-i saat 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu haqda Qerbxeber.com Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər