Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi iclasının gündəliyi açıqlanıb

28 avqust / 12:11 2 dəq
66ced7c21b5f566ced7c21b5f6172483168266ced7c21b5f266ced7c21b5f3
28 avqust / 12:11
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi iclası keçiriləcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə avqustun 29-da Brüsseldə XİN rəhbərlərinin iclası olacaq.

İclas Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə Rusiyanın Ukraynaya qarşı təcavüzü və qlobal miqyasda nəticələrinin müzakirəsi ilə başlayacaq.

Aİ xarici işlər nazirləri daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Aİ-Türkiyə əlaqələrinin vəziyyəti, ortaq maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Aİ XİN rəhbərləri gərginliyin artması fonunda Yaxın Şərqdəki vəziyyət və Qəzzada atəşkəsə nail olmaq üçün davam edən danışıqlara da toxunacaqlar. BMT-nin Qəzza üzrə Humanitar və Yenidənqurma ilə bağlı Baş Koordinatoru Siqrid Kaaq humanitar vəziyyətlə bağlı nazirlərə məlumat vermək üçün müzakirələrə qoşulacaq.

Venesuelada baş tutan prezident seçkilərindən sonra yaranmış siyasi böhran da müzakirənin gündəliyinə daxil edilib.

Avqustun 30-da isə Ukrayna Müdafiə Nazirliyi cəbhə xəttində baş verən son hadisələrlə bağlı Avropa İttifaqının müdafiə nazirlərini məlumatlandıracaq.

“Onlar həmçinin Ukraynaya hərbi dəstəyin göstərilməsi sahəsində əldə olunan irəliləyişi qiymətləndirəcəklər. Nazirlər immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya hərbi texnikanın verilməsi üçün səfərbər edilməsində irəliləyişlər, üzv dövlətlərin rəhbərlik etdiyi təşəbbüslər və NATO ilə gələcək əməkdaşlığa münasibət bildirəcəklər”, – Aİ-nin Xarici Fəaliyyət Xidmətindən bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı