Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Şarl Mişel Körfəz ölkələrinə səfər edəcək

27 avqust / 09:20 2 dəq
66ccbb5a2912066ccbb5a291221724693338842cf9f4d594dcc8ed6be7113a4b06d8
27 avqust / 09:20
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Körfəz regionuna səfər edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər avqustun 27-29-da baş tutacaq.

“Prezident Mişel 2024-cü il oktyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında ilk dəfə keçiriləcək Zirvə görüşü ilə bağlı məsləhətləşmələr aparacaq. Yaxın Şərqdəki vəziyyət, Rusiyanın Ukraynaya qarşı müharibəsi və ikitərəfli əməkdaşlığın bütün müvafiq aspektləri müzakirə olunacaq”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Aİ Şurasının prezidenti Dohaya səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının hazırkı sədrliyi vəzifəsində olan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Ər-Riyadda isə o, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşəcək.

Prezident Ər-Riyadda olarkən Körfəz Əməkdaşlıq Şurasının baş katibi Yasem Al Budaivi ilə də görüşü planlaşdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı