Güclü maqnit qasırğası başladı
Yerdə maqnit qasırğası G3 (güclü) səviyyəsinə qalxıb
Qerbxeber.com bildirir ki,bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.
“G3 (Kp=6,67) artıq 6 saatdır ki, qeydə alınır”, – deyə bildirilib.
Qeyd edək ki, bundan öncə G1 səviyyəli maqnit qasırğasının hökm sürdüyü açıqlanmışdı.Alimlər bu fenomenin üç gün davam edəcəyini proqnozlaşdırırlar.
Maqnit qasırğaları zamanı aşağıdakı əlamətlər müşahidə olunur:
• depressiv əhval-ruhiyyə və əsəbilik;
• qan təzyiqinin artması və ya azalması;
• yuxunun pozulması;
• oynaq ağrısı;
• apatiya və ya narahatlıq;
• baş ağrısı və başgicəllənmə;
• xroniki xəstəliklərin kəskinləşməsi.
Maqnit qasırğaları zamanı özünüzü daha yaxşı hiss etmək üçün nə etməli?
• düzgün qidalanmaq və fiziki fəaliyyətlə məşğul olmaq;
• daha çox dincəlmək və yatmaq;
• daha çox su və ya bitki çayı içmək;
• spirtli içkilər və ya yağlı qidalar qəbul etməmək;
• daha çox göyərti və mövsüm tərəvəzləri əlavə edin;
• stressdən və narahatedici hadisələrdən yayınmaq;
• gündəlik cədvəlinizə yatmazdan əvvəl kontrastlı duş əlavə edin;
• lazımi dərmanlar üçün evinizin dərman kabinetini yoxlayın.




