Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Avqustun 15-dən QİYMƏTLƏR QALXIR

15 avqust / 09:25 4 dəq
Indir (7)
15 avqust / 09:25
Burada sizin reklamınız ola bilər

Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.

Qerbxeber.com xəbər verir ki,bu haqda məlumatı bir müddət əvvəl internet provayderləri öz saytlarında yayıb.

Tariflər necə müəyyən olunacaq? Xidmət səviyyəsi tariflərə uyğun olacaqmı?

Vətəndaşları maraqlandıran bu suallara cavab tapmaq üçün “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə müraciət etdik.

Qurumun Mətbuat Xidmətindən Referans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC əhalinin yüksəksürətli internetə olan tələbatının artmasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə 15 avqust 2024-cü il tarixindən etibarən müvafiq dəyişikliklər həyata keçirəcək.

“Yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və maksimum sürət 250 Mbit/s təşkil edəcək. Hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək.

Qeyd edək ki, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanlara çıxışın təmin edilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulmasında GPON (Gigabit Passive Optical Network/ Giqabit Passiv Optik Şəbəkə) və digər texnologiyaların tətbiqi həyata keçirilir”.

Məlumatda qeyd olunub ki, GPON fiber-optik xətlər vasitəsilə genişzolaqlı kommunikasiya texnologiyasıdır. Əsas məqsədi ev, mənzil və biznes subyektlərini yüksəksürətli internet bağlantısı ilə təmin etməkdir.

“GPON fərqli xidmətlərin (internet, telefon, televiziya və s.) eyni fiber-optik xətt üzərindən ötürülməsinə imkan verən bir sistemdir. GPON texnologiyası 2,5 Gbit/s endirmə (download) və 1,25 Gbit/s yükləmə (upload) sürətini dəstəkləyir.

Bu, internetdən çoxlu sayda məlumatların sürətli şəkildə ötürülməsinə imkan verir, fiber-optik xəttin effektiv istifadəsini təmin edir və bu səbəbdən daha çox istifadəçiyə xidmət göstərə bilir. Bu texnologiya optik xətlərin 10-12 km-dək olan məsafələrdə istifadə edilməsinə imkan yaradır, geniş ərazilərdə xidmət göstərməyi asanlaşdırır və müxtəlif xidmətlərin (internet, IPTV, VoIP və s.) eyni zamanda ötürülməsi zamanı xidmət keyfiyyətinin təmin edilməsini dəstəkləyir.

Əlavə məlumat üçün bildirək ki, qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək”.

Vətəndaşlara tariflərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Aztelekom” MMC üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, “Bakı Telefon Rabitəsi” MMC üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə keçid etmək məsləhət görülür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı