Dünya

Fələstin lideri: İran yaxın saatlarda İsrailə cavab tədbiri ilə bağlı qərar verə bilər

14 avqust / 08:58 1 dəq
66bb8f2de3fca66bb8f2de3fcb172356791766bb8f2de3fc866bb8f2de3fc9
14 avqust / 08:58
Burada sizin reklamınız ola bilər

İran yaxın saatlarda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab tədbirlərinə dair qərar verə bilər.

Qerbxeber.com xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra “TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

“Qərar yaxın bir neçə gün və hətta yaxın bir neçə saat ərzində verilə bilər. Birincisi, biz fələstinlilər olaraq müharibəyə qarşıyıq. Oktyabrın 7-də biz rəsmən bəyan etdik ki, biz müharibənin əleyhinəyik, dinc əhalinin, qadınların və uşaqların öldürülməsinə qarşıyıq. Nə olacağını hələ proqnozlaşdıra bilmərik, amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq, nəticələrini əvvəlcədən qiymətləndirmək çətin olan müharibə olmayacaq”, – Mahmud Abbas qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər