İdman

Güləşçimiz Olimpiya Oyunlarında medal qazandı

12 avqust / 13:31 1 dəq
Gulesh
12 avqust / 13:31
Burada sizin reklamınız ola bilər

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları yekunlaşmaq üzrədir.

Qərbxəbər.com xəbər verir ki, bu gün 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxacaq.

Onun rəqibi Ukrayna təmsilçisi Murazi Mçedlidze olacaq. Mçedlidze bundan əvvəl CAR-lı Nikolaas De Lanjı məğlub edib – 5:3.

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər