Dünya

Məsud Pezeşkian dövründə İranda edam edilənlərin sayı açıqlanıb

8 avqust / 21:31 1 dəq
Iran terror
8 avqust / 21:31
Burada sizin reklamınız ola bilər

Məsud Pezeşkianın İranda Prezident seçilməsindən ötən təxminən bir ay ərzində ölkədə edam sayı kəskin artıb.

 Bu barədə Gunaz.tv  insan haqları təşkilatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, iyulun 5-dən avqustun 5-ə kimi ölkə həbsxanalarında 87 məhkumun edam hökmü icra olunub.

İnsan haqları təşkilatları bununla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib və edamların dayandırılması üçün İran hökumətinə təzyiq göstərməyi tələb ediblər.

Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində İranda 238 məhkum dar ağacından asılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər