Dünya

Zelenski F-16 qırıcılarının Ukraynaya gəlməyini təsdiqləyib – FOTO

5 avqust / 08:42 1 dəq
66afb0fc3129466afb0fc31295172279014066afb0fc3129266afb0fc31293
5 avqust / 08:42
Burada sizin reklamınız ola bilər

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev vilayətindəki Vasilkov aerodromundan F-16-ların videosunu yayımlayıb.

Qerbxeber.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski F-16 qırıcılarının respublika ərazisinə gəldiyini video görüntülərlə təsdiqləyib.

Onun sözlərinə görə, ukraynalı pilotlar artıq texnikadan istifadə etməyə başlayıblar.

“F-16-lar Ukraynadadır. Biz bunu təmin etdik”, – deyə Zelenski bildirib. O həmçinin ABŞ, Danimarka və Hollandiyaya Ukraynanın döyüş təyyarələrinin verilməsi xahişini qəbul etdiklərinə görə təşəkkür edib.

İlk Ukrayna F-16 qırıcıları qısa və orta mənzilli hava-hava raketləri ilə təchiz edilib. Təyyarələr pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə istifadə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı