Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rusiyadan ŞOK iddia: Kipr bu tarixdə Türkiyəyə birləşəcək

2 avqust / 15:48 2 dəq
Dec87711 214e 420f a755 dc2868056517
2 avqust / 15:48
Burada sizin reklamınız ola bilər

Şimali Kipr Türk Respublikasının (KKTC) yaxın illərdə Türkiyənin bir hissəsi olacağı iddia edilib.

Bu barədə Asiya və Afrika Araşdırmaları Mərkəzinin eksperti, türkoloq Aleksey Obraztsov RİA agentliyinə açıqlama verib.

O, KKTC Nəqliyyat və İnkişaf naziri Erhan Arıklının “KKTC rəsmiləri Respublika daxilində muxtar statusa keçid imkanını nəzərdən keçirirlər” ifadəsini dəyərləndirib.

Ekspert qeyd edib ki, yalnız Ankara tərəfindən tanınan KKTC 2022-ci ildə türk xalqları arasında hərtərəfli əməkdaşlıq məqsədi ilə yaradılmış Türk Dövlətləri Təşkilatında müşahidəçidir.

“Qərb bunu uddu və Ankaranın bu addımı əslində Şimali Kiprin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması istiqamətində ilk addım idi. Türkiyə bu istiqamətdə irəliləməkdə davam edir. İnanıram ki, 30 il və ya daha çox müddətdə adanın bölünməsi beynəlxalq səviyyədə tanınacaq. Ərdoğanın belə bir addım atmaq üçün siyasi əzminin olub-olmadığını zaman göstərəcək, lakin tarazlıq hazırda türklərin tərəfindədir””, – deyə o bildirib.

Obraztsov Ankaranın bu vəziyyətdə “gözləyin və görün” yanaşması sərgilədiyini iddia edib: “Türklər sakitcə böyük dövlətlərin növbəti səhvini gözləyəcək. Beləliklə, onlar KKTC-nin beynəlxalq statusunu daim gücləndirəcəklər”.

O, həmçinin ABŞ və Avropa Birliyinin bu prosesə müdaxilə etmə ehtimalının az olduğunu qeyd edib. İddia edib ki, Qərb Şimali Kiprə qarşı radikal addımlardan, o cümlədən hərbi müdaxilədən qaçacaq. O, bunun səbəbinin NATO daxilindəki ziddiyyətlər və Türkiyənin Şimali Atlantika Alyansında oynadığı rol olduğu proqnozunu verib.

Mənbə: Publika.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı