Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ABŞ İranın hücumunu dəf etmək üçün İsrailə kömək etməyə hazırlaşır

2 avqust / 09:16 2 dəq
66abf7559b78f66abf7559b790172254600566abf7559b78d66abf7559b78e
2 avqust / 09:16
Burada sizin reklamınız ola bilər

ABŞ yaxın günlərdə İran və müttəfiqlərinin, o cümlədən Livanın “Hizbullah” hərəkatının hücumlarını dəf etmək üçün İsrailə kömək etməyə hazırlaşır.

Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bununla bağlı “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ kəşfiyyatı iyulun 31-də İranın planlaşdırılan hücumu ilə bağlı xəbərlər almağa başlayıb.

Bayden administrasiyası əmindir ki, İran, HƏMAS Siyasi Bürosunun rəhbərinin Tehranda öldürülməsinə cavab olaraq yaxın bir neçə gün ərzində İsrailə hücum etmək niyyətindədir və İran buna görə İsrailin məsuliyyət daşıdığını bildirir.

Mənbələrin məlumatına görə, ABŞ rəsmiləri də bu hücumun İranın aprelin 13-də İsrailə zərbə endirərkən izlədiyi sxem üzrə həyata keçiriləcəyinə inanırlar.

Portal həmçinin iddia edir ki, Bayden administrasiyası Haniyənin öldürülməsindən sonra bölgədə anti-İsrail əhval-ruhiyyəsi səbəbilə aprel ayında İranın hücumunu dəf etməyə kömək edən müttəfiqləri səfərbər etməkdə çətinlik çəkə biləcəyindən narahatdır.

Mənbələrin məlumatına görə, ABŞ-ın Fars körfəzi, Şərqi Aralıq dənizi və Qırmızı dənizdə yerləşən hərbi birləşmələri İranın zərbəsini dəf etmək üçün hazırlıq görür.

Portal həmçinin xəbər verir ki, İsrail kəşfiyyatı İranın irimiqyaslı raket hücumu həyata keçirmək niyyətində olduğunu bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı