Dünya

ABŞ Gürcüstandan Çinlə birgə liman tikintisini dayandırmağı tələb edib

31 iyul / 12:48 1 dəq
Images 2024 07 31T124751.978
31 iyul / 12:48
Burada sizin reklamınız ola bilər

ABŞ Gürcüstandan Qara dənizdə Çinlə birgə liman tikintisinin dayandırılmasını tələb edib.

Qerbxeber.com xəbər verir ki, bunu Senatda çıxış edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen deyib.

“Gürcüstan hökumətinə aydın olmalıdır ki, geriyə bir yol var: Çinin Anakliyada dərin su limanı tikməsinə mane olmaq. O addımlar bu gün Gürcüstan üçün həqiqətən, vacibdir”, – deyə dövlət katibinin köməkçisi bildirib.

Qeyd edək ki , əvvəllər Amerikanın “Conti International” MMC bu limanın tikintisi üçün 400 milyon dollar cəlb etmək öhdəliyini yerinə yetirə bilmədiyinə görə Gürcüstan hakimiyyəti onun üzvü olduğu konsorsiumla müqaviləni ləğv edib.

Paylaş
Burada sizin reklamınız ola bilər