Dünya

İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutulub

26 iyul / 08:47 1 dəq
66a2d0bb889c566a2d0bb889c6172194629966a2d0bb889c366a2d0bb889c4
26 iyul / 08:47
Burada sizin reklamınız ola bilər

Beynəlxalq koalisiya qüvvələrinin istifadəsində olan və ölkənin qərbində, Ənbar vilayətində yerləşən İraqın Ayn əl-Əsəd aviabazası raket atəşinə tutulub.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Shafaq News” portalı hüquq mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mərmilərin atıldığı ərazinin müəyyən edilməsi üçün əməliyyata başlayıb.

Əldə olunan məlumata görə ABŞ qüvvələrinin də yerləşdiyi aviabazaya ən azı iki raket atılıb, onların növü məlum deyil.

Hadisə zamanı dəymiş maddi ziyan və ya hücumun arxasında kimin ola biləcəyi barədə məlumat verilməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər