Azərbaycan Ermənistanı СОР29-a dəvət edib
Azərbaycan Ermənistanı СОР29-a dəvət edib.
Qerbxeber.com “The National”-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Şuşada keçirilən II Qlobal Media Forumuna bildirib.
Hikmət Hacıyev COP29-un Prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb: “Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb”.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı