Hadisə

Tovuzda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb

18 iyul / 16:20 2 dəq
Indir 2024 07 18T161952.525
18 iyul / 16:20
Burada sizin reklamınız ola bilər

Tovuzda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qerbxeber.com verilən məlumata görə, iyul ayının 17-i səhər saatlarında Tovuz rayon Aşağı Öysüzlü kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiklər tədbirlər nəticəsində həmin evin rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ələkbərov tərəfindən yandırıldığı məlum olub.

O, həmkəndlisinin evinə daxil olaraq oradan 39.000 manat oğurladıqdan sonra mənzili yandırıb. Bundan başqa araşdırma zamanı saxlanılan şəxsin digər cinayəti də aşkarlanıb. T.Ələkbərovu iyul ayının 15-də rayon ərazisində daha bir evə daxil olaraq oradan pul və elektron saat oğurladığı, sonradan həmin evi də yandırmağa cəhd göstərdiyi müəyyən edilib.

T.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan pul vəsaiti maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Aaraşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər