Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Aİ-də müdafiə məsələləri üzrə komissar vəzifəsi təsis oluna bilər

18 iyul / 13:14 2 dəq
6698ce943a5636698ce943a56417212903886698ce943a5616698ce943a562
18 iyul / 13:14
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu posta təsdiqlənəcəyi halda qurumun tərkibində müdafiə məsələləri üzrə komissar vəzifəsini təsis etmək niyyətindədir.

Qerbxeber.com xəbərinə görə, müvafiq məlumat sözü gedən qurumun saytında yerləşdirilib.

Bildirilib ki, həmin postu tutacaq şəxs Avropa miqyasında müdafiə və təhlükəsizlik sahələrini koordinasiya edəcək. Onun Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinə tabe olacağı bildirilib.

Ursula von der Leyen öz siyasi proqramında Aİ-ni müdafiə ittifaqına çevirəcəyinə də söz verib.

“Növbəti beş il ərzində işimiz əsl Avropa müdafiə birliyinin qurulmasına yönəldiləcək”, – sənəddə qeyd olunur. Von der Leyen əlavə edib ki, Aİ-yə üzv dövlətlər “həm müdafiə doktrinası məsələlərində, həm də onların yerləşdirilməsi məsələlərində öz qoşunlarına görə məsuliyyət daşıyacaqlar”.

O, həmçinin Avropa Parlamentinin üzvlərini “hər hansı çağırışlara hazır olan güclü Avropa” qurmaq üçün onu ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə təsdiq etməyə çağırıb.

Von der Leyen həmçinin Avropa Müdafiə Fondu yaratmağa söz verib. “Biz dəniz, quru, hava, kosmos və kiber domenlərdə qabaqcıl müdafiə texnologiyalarına sərmayə qoyaraq Avropa Müdafiə Fondu yaradacağıq”, – Avropa Komissiyasının sənədində deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı