Dünya

KİV: İsrail ordusu məktəb binasına endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub

15 iyul / 08:40 1 dəq
6693dbe97049b6693dbe97049c17209661216693dbe9704996693dbe97049a
15 iyul / 08:40
Burada sizin reklamınız ola bilər

İsrail qüvvələrinin Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki məktəb binasına endirdiyi zərbələr nəticəsində ən azı 20 fələstinli həlak olub.

Qerbxeber.com xəbər verir ki, bu məlumatı “Əl-Qahirə əl-İxbariyyə” telekanalı yayıb.

Məlumata görə, əksəriyyəti qadın və yeniyetmələrdən ibarət onlarla insan yaralanıb.

Binası İsrail ordusu tərəfindən vurulan məktəbə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi nəzarət edir.

Onun ərazisində Qəzzanın digər bölgələrindən didərgin düşmüş yüzlərlə fələstinli var idi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı