Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Azərbaycanın strateji valyuta ehtiyatı çoxalıb

2 yanvar / 14:45 3 dəq
Trend baku city spring 270415
2 yanvar / 14:45
Burada sizin reklamınız ola bilər

2019-cu ildə Azərbaycanda iqtisadi aktivliyin müsbət dinamikası qorunub.

2019-cu ildə inflyasiya səviyyəsinin qəbul edilən hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şəraitdə əminlik yaradaraq iqtisadi aktivliyə əhəmiyyətli dəstək verib.

Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında həlledici rolu Mərkəzi Bankın pul-kredit və məzənnə siyasəti oynayıb.

İnflyasiyanın bir sıra vacib daxili və xarici amillərini zərərsizləşdirmək üçün pul şəraitinin ardıcıl şəkildə normallaşdırılması, həmçinin iqtisadi fəaliyyət və məşğulluğun dəstəklənməsi böyümə və sabitlik istiqamətində balanslı nəticələrin əldə olunmasına imkan verib.

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici ticarət profisiti 5,9 milyard dollar təşkil edib.

Qeyri-neft sektorunda ixracın artım tempi, idxalın 7,1 faizə bərabər artım tempini qabaqlayaraq 16,3 faiz təşkil edib.

Profisit ödəniş balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7 faiz artaraq ümumi daxili məhsulu üstələyərək 50,9 milyard dollara çatıb. Bu il tarixdə ilk dəfə olaraq dövlət neft fondunun aktivləri 40 milyard ABŞ dolları təşkil edib.

2019-cu il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 11 faiz artaraq 6,2 milyard dollar təşkil edib. Ölkənin beynəlxalq investisiya mövqeyindəki aktivləri (111 milyard dollar) öhdəliklərdən (54 milyard dollar) iki dəfə çoxdur ki, bu da Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və beynəlxalq kreditor rolunu göstərir.

İqtisadi aktivliyin müsbət dinamikası 2019-cu ildə də davam edib. İlk 11 ayda real ÜDM 2,1 faiz artıb. Qeyri-neft sənayesində 3,5 faiz çoxalma əsasən kommersiya sektoruna aiddir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqi də iqtisadi aktivliyin artdığını təsdiqləyib. 2019-cu ilin noyabr ayında qeyri-neft sənayesinin ticarət və xidmət sahələrində işgüzar inam indeksi yaxşılaşıb.

Bir neçə mərhələdə həyata keçirilən sosial islahatlar paketinin təsiri ilə, 11 ay ərzində əhalinin nominal gəlirləri illik 7,4 faiz artaraq inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyib. Bu şəraitdə istehlakçıların güvən göstəricilərinin yaxşılaşması qeyd edilir.

İlin 11 ayında daxili tələbatın digər hissələrinə yatırılan investisiyaların həcmi 12,8 milyard manat, qeyri-neft sektoruna qoyulan investisiyalar isə 3,5 faiz artıb. Büdcə xərcləri bu il daxili tələbatın vacib amillərindən biri olub. Ötən ilin eyni dövrü nəzərə alınmaqla 11 ayda dövlət büdcəsinin xərcləri 2,6 faiz, o cümlədən cari xərclər 12,5 faiz artıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı