Dünya

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

27 iyun / 08:24 2 dəq
667c1cd6b434e667c1cd6b434f1719409878667c1cd6b434c667c1cd6b434d
27 iyun / 08:24
Burada sizin reklamınız ola bilər

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.

Qerbxeber.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, O’Brayn iyunun 27-29-da Bakıda və Xorvatiyanın Dubrovnik şəhərinə səfərdə olacaq.

“ABŞ dövlət katibinin köməkçisi O’Brayn Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşərək, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişi və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına istiqamətində verdiyi dəstəyi vurğulayacaq. Dövlət katibinin köməkçisi O’Brayn Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək”, – məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər