Dünya

ABŞ Ukrayna böhranının həllində Rusiyanın iştirakının vacibliyini qəbul edir

19 iyun / 10:16 1 dəq
66723dae7af9166723dae7af92171876292666723dae7af8f66723dae7af90
19 iyun / 10:16
Burada sizin reklamınız ola bilər

İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh konfransını Rusiyanın iştirak etməməsi səbəbilə danışıq saymaq olmaz

Qerbxeber.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

O vurğulayıb ki, münaqişənin həlli üçün hər iki tərəfin iştirakı labüddür. Bununla belə, diplomatın sözlərinə görə, Moskva Ukrayna münaqişəsi ilə bağlı danışıqlara başlamaq istəyini nümayiş etdirməyib.

Qeyd edək ki, bundan əvvəl İsveçrə xarici işlər nazirinin keçmiş müavini Georges Martin Ukrayna üzrə İsveçrə sammitini faydasız adlandırmışdı, çünki orada sülhdən söhbət getmirdi. Diplomatın sözlərinə görə, konfrans Rusiyanın iştirakı olmadan keçirildiyi üçün heç bir mənası yox idi.

Paylaş
Burada sizin reklamınız ola bilər