Dünya

Rusiya HHQ Rostova hücum edən PUA-ları zərərsizləşdirib

15 iyun / 10:16 1 dəq
666d2aff86de6666d2aff86de71718430463666d2aff86de4666d2aff86de5
15 iyun / 10:16
Burada sizin reklamınız ola bilər

Səhərin erkən saatlarında Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları Rusiyanın Rostov vilayətinə hücum edib.

Qerbxeber.com xəbərinə görə, bu barədə video “ASTRA” teleqram kanalında paylaşılıb.

Vilayətin qubernatoru Vasili Qolubev bildirib ki, onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Nəticədə PUA-ların qalıqları vilayətin Kamensk-Şaxtinsk rayonundakı kimyəvi məhsullar istehsal edən müəssisələrdən birinin ərazisinə düşüb.

İnsan tələfatı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər