Dünya

Belqorod vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər ölüb

15 iyun / 09:32 1 dəq
Fc9086be b9ee 36ef a6e9 0176c2b3e7d9
15 iyun / 09:32
Burada sizin reklamınız ola bilər

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə vilayət başçısı teleqramda bildirib.

“Dünən Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.

Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.

Paylaş
Burada sizin reklamınız ola bilər