Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Təyinatlı subsidiyalar elektron hökumət üzərindən veriləcək

24 dekabr / 11:48 2 dəq
Meyveterevez
24 dekabr / 11:48
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarının ilk mərhələsini başa çatdırıb. Nazirliyin EKTİS-in tətbiqinə məsul qurumlarının nümayəndələrindən ibarət mobil heyət üç həftə ərzində respublikanın 50-dən artıq rayonunda görüşlər keçiriblər. Noyabrın 29-dan start verilən görüşlərə Qusar rayonunda yekun vurulub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Qusar rayon icra hakimiyyətində fermerlər, icra nümayəndələri və bələdiyyə sədrləri ilə keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, EKTİS-in tətbiqi qrafik üzrə davam edir: “Bugünədək 50-dən çox rayonda EKTİS-in tətbiqinə dair izahat, məlumatlandırma işləri aparmış, yeni subsidiya mexanizmini, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat qaydalarını, payızlıq əkinlərin bəyan edilməsi prosedurunu izah edən bukletlər, çap materialları paylamışıq. İlk mərhələnin nəticələrini uğurlu saymaq olar. Bu gün payızlıq əkinləri bəyan edən fermerlərin sayı 280 min nəfərə çatıb, EKTİS-də qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaradan fermerlərin sayı isə 435 min nəfəri keçib. Gələn ildən kənd təsərrüfatı təyinatlı subsidiyaların elektron hökumət üzərindən veriləcəyini nəzərə alsaq, qeydiyyat və bəyan göstəricilərini qənaətbəxş saymaq olar”.

Görüş iştirakçılarına EKTİS-də qeydiyyat proseduru, məlumatların daxil edilmə ardıcıllığı, payızlıq əkinlərin bəyan edilməsinin vacibliyi, yeni subsidiya mexanizminin fermerlər üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə məlumatlandırma işlərini davam etdirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı