Baş nazir: Gürcüstan Parlamenti “xarici təsir” qanununu qəbul edəcək
Gürcüstan Parlamenti “xarici təsir” qanununu bu gün üçüncü – sonuncu oxunuşda qəbul edəcək.
Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
O, Prezident Zurabişvilinin veto etməsindən sonra da hakim partiyanın qanun layihəsinin məzmunu ilə bağlı müzakirələrə açıq olacağını əlavə edib.




