Sosial

Komitə: Tovuzda qaçırılan 16 yaşlı qız ailəsinə təhvil verilib

11 may / 11:35 1 dəq
663f0fce61521663f0fce615221715408846663f0fce6151f663f0fce61520
11 may / 11:35
Burada sizin reklamınız ola bilər

Tovuzda qaçırılan 16 yaşlı qız ailəsinə təhvil verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Qerbxeber.com bildirilib ki, ötən gün sosial şəbəkələrdə Tovuzun Vahidli kəndində 10-cu sinif şagirdinin qaçırılması barədə yayılan məlumatlara əsasən fakt dərhal komitə tərəfindən nəzarətə götürülüb. Araşdırılması və dərhal tədbir görülməsi ilə bağlı aidiyyatı qurumlara – Tovuz Rayon İcra Hakimiyyətinə və polisə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb. Birgə fəaliyyət nəticəsində məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər