Dünya

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

11 may / 09:16 1 dəq
663e778eded51663e778eded521715369870663e778eded4f663e778eded50
11 may / 09:16
Burada sizin reklamınız ola bilər

Türkiyə BMT Baş Assambleyasının Fələstini bu qurumun fəaliyyətini daha geniş hüquq və imtiyazlarla təmin edəcək qərarını alqışlayır.

Qerbxeber.com verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatından deyilir.

Qeyd olunub ki, bu qərar beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin Fələstin xalqının öz dövlətinə sahib olmaq hüququna və iki dövlətli həll yoluna güclü dəstəyini bir daha nümayiş etdirdi.

“Bu münasibətlə bütün beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada vəhşiliyini dayandırmaq və Fələstin dövlətini tanımaq üçün konkret addımlar atmağa çağırırıq”, – XİN qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər