Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Almaniya haker hücumuna etiraz olaraq Rusiyadakı səfirini geri çağırıb

7 may / 12:43 2 dəq
Indir 2024 05 07T124238.968
7 may / 12:43
Burada sizin reklamınız ola bilər

Almaniya bazar ertəsi kansler Olaf Şolzun partiyasına haker hücumundan sonra Rusiyadakı səfirini Berlində məsləhətləşmələr üçün geri çağırdığını bildirib.

Almaniya keçən həftə Rusiya hərbi agentlərini Şolzun Sosial Demokrat Partiyasına, digər həssas hökumət və sənaye obyektlərinə müdaxilə etməkdə ittiham edib. Berlin Rusiyanın kiber-casusluğunun nəticələrinin olacağı barədə xəbərdarlıq edən NATO və digər Avropa ölkələrinə qoşulub.

Berlin Xarici İşlər Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, hökumət son insidenti “ciddi” qəbul edib və xarici işlər naziri Annalena Berbok Almaniya səfiri Aleksandr Lambsdorfu geri çağırmaq qərarına gəlib. Onun bir həftə sonra Moskvaya qayıdacağı bildirilib.

“Almaniya hökuməti bu hadisəni liberal demokratiyamıza və onu dəstəkləyən qurumlara qarşı davranış kimi çox ciddi qəbul edir” – deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Katrin Deşauer bildirib.

Berbok keçən həftə deyib ki, hakim koalisiyada aparıcı Sosial Demokrat Partiyasının elektron poçtlarının sındırılmasının arxasında Rusiya hərbi kiber-operatorları dayanıb. Rəsmilər hakerlərin Microsoft Outlook proqramından istifadə etdiklərini bildirib.

Almaniya Daxili İşlər Nazirliyi keçən həftə açıqlamasında haker kampaniyasının 2022-ci ilin martında, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən bir ay sonra başladığını və dekabr ayından başlayaraq, Sosial Demokrat Partiyasının qərargahındakı elektron poçtlara daxil olunduğunu bəyan edib. Bildirilib ki, müdafiə və aero-kosmik sektorlar, habelə Ukraynadakı müharibə ilə bağlı hədəflər də daxil olmaqla, Almaniya şirkətləri haker hücumlarının diqqət mərkəzində olub.

Rəsmilər hücumların aylardır davam etdiyini bildirib.

Rusiya ilə Almaniya arasında münasibətlər Rusiyanın Ukraynaya hücumundan sonra gərginləşib. Almaniya davam edən müharibədə Ukraynaya hərbi dəstək verir.

Amerikanın səsi

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı