Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

7 may / 09:12 2 dəq
Tələbə
7 may / 09:12
Burada sizin reklamınız ola bilər

QS dünya universitetləri reytinqində ölkə birinci olan UNEC MBA proqramı üzrə beynəlxalq keyfiyyətli təhsil almaq istəyənlər üçün geniş ixtisas seçimi təklif edir.

Qerbxeber.com xəbər verir ki, UNEC Biznes Məktəbində əmək bazarında ən çox tələb olunan 30 ixtisaslaşma üzrə 3 dildə qəbul həyata keçirilir. “Maliyyə analitikası” ixtisaslaşmasına qəbul isə bu ildən aparılacaq. Təhsil 2 ildir və dərslər həftədə 2 dəfə tədris olunur.

Magistrlər ikili diplom proqramı çərçivəsində 2 il ərzində UNEC-lə yanaşı, ABŞ-ın Linkoln Universitetinin də diplomunu əldə edə bilirlər. Eləcə də İsveçrə, Fransa, İtaliya, Türkiyə, Polşa, Litva, İspaniya və digər Avropa dövlətlərinin aparıcı universitetlərində mübadilədə iştirak etmək imkanları qazanırlar.

UNEC Bİznes Məktəbində təhsil almağın digər üstünlüyü isə məzunlarının ACCA sertifikatı əldə edə bilməsidir. Belə ki, MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşması üzrə təhsil alan magistrlər ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9), digər ixtisaslaşmalarda isə ACCA-nin F1-F4 imtahanlarından azad olunurlar.

UNEC Biznes Məktəbi EFMD (European Foundation for Management Development (Bussines School Accreditation)) təşkilatının tam hüquqlu üzvüdür. Təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla, 81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD təşkilatının “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi magistrlərin ölkə hüdudlarından kənarda işlə təmin edilməsi üçün real imkanlar yaradır. Magistrlər qeydiyyatdan keçərək bu fürsətdən yararlana bilərlər.

Şəhərin mərkəzində yerləşən möhtəşəm kampusda təhsil alan magistrlər, xarici universitetlərdən dəvət olunmuş müəllimlər sayəsində nəzəri biliklərə, iş dünyasının CEO-ları ilə praktiki bacarıqlara yiyələnə biləcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı