Tovuzda yük maşını körpüdən aşıb
Tovuzda yük maşını körpüdən çaya aşıb.
Qerbxeber.com bildiririr ki, hadisə rayonun Şamlıq kəndi ərazisində qeydə alınıb. Məlumata görə Gəncə şəhər sakini Elçin Köçərli idarə etdiyi Mersedes markalı yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn minik avtomobili onun yoluna çıxıb.
Nəticədə sürücü idarəetməni itirib və yüklü nəqliyyat vasitəsi körpünün məhəccərini qıraraq çaya aşıb. Sürücü avtomobildən çıxarılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.




