Ağstafa

Ağstafada ağır yol qəzası baş verib

1 may / 08:35 1 dəq
Images 2024 05 01T083510.713
1 may / 08:35
Burada sizin reklamınız ola bilər

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qerbxeber.com məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını ağaca çırpılıb.

Qəza nəticəsində Goranboy rayon sakini 2005-ci il təvəllülü Murad Məmmədov ölüb, 3 nəfər – 2003-cü il təvəllüdlü Sənan Hüseynov, 2004-cü il təvəllüdlü Kamal Mikayılov və 2002-ci il təvəllüdlü Niyaməddin Hüseynov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər