Bölgə xəbərləri

Qazaxda minaya düşən DSX-nın hərbi qulluqçusu barədə TƏBİB-dən Açıqlama

29 aprel / 22:28 1 dəq
Dsx
29 aprel / 22:28
Burada sizin reklamınız ola bilər

Bu gün  Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Qerbxeber.com-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib:

“Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.

Paylaş
Burada sizin reklamınız ola bilər