Seçki bildirişlərinin paylanması başa çatdı
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması başa çatıb.
Bildirişlərin seçicilərə paylanması “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndinə əsasən səsvermə gününə 7 gün qalanadək davam edir və dekabrın 16-dək yekunlaşır.




