Bölgə xəbərləri

Kəlbəcərdə sel aparan sürücünün nəşi tapılıb

12 aprel / 22:50 1 dəq
KƏLBƏCƏR SEL
12 aprel / 22:50
Burada sizin reklamınız ola bilər

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində sürücünü sel aparıb.

Qerbxeber.com  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, sel aparan şəxs Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur, onun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

_____________________________________________________________________________

Qeyd edək ki, ötən gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər