Dünya

İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərindən geri çəkilib

8 aprel / 08:49 1 dəq
66128edf4106066128edf41061171249225566128edf4105e66128edf4105f
8 aprel / 08:49
Burada sizin reklamınız ola bilər

İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərindən geri çəkilib.

Qerbxeber.com CNN-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Xan Yunisdə aylardır davam edən döyüşlərdən sonra İsrailin 98-ci diviziyası “tapşırığı yerinə yetirib” və “toparlanmaq və gələcək əməliyyatlara hazırlaşmaq” məqsədilə Qəzza zolağını tərk edib.

İsrailin geri çəkilməsi Rəfaha hücum planı ilə bağlı suallar yaradıb. Bununla belə İMQ-nin Qəzza zolağının digər ərazilərində nəzərəçarpan sayda qüvvələrini saxladığı qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər