Dünya

Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq

3 aprel / 13:31 1 dəq
660d2059aca59660d2059aca5a1712136281660d2059aca57660d2059aca58
3 aprel / 13:31
Burada sizin reklamınız ola bilər

“Ukrayna NATO-nun üzvü olacaq.”

Qerbxeber.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında deyib.

O deyib ki, üzvlük məslsəində qaldırılacaq sual “əgər” deyil “nə zaman”dır.

“Moskva anlamalıdır ki, o, döyüş meydanında məqsədlərinə nail ola bilməyəcək”.

NATO Baş katibi əlavə edib ki, aprelin 4-də NATO-Ukrayna Şurasının iclası keçiriləcək. “İclasda Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edəcək və biz hazırkı situasiyanı, Ukraynanın indiki və gələcək ehtiyaclarını müzakirə edəcəyik. Biz Ukraynanın NATO-ya və onun standartlarına daha da yaxınlaşması istiqamətində bu ölkəyə satınalmalardan tutmuş logistikaya qədər müxtəlif sahələrdə kömək edirik”.

Paylaş
Burada sizin reklamınız ola bilər