Dünya

Türkiyə prezidenti ABŞ-a səfər edəcək

30 mart / 17:06 1 dəq
TOPSHOT SPAIN NATO US TURKEY POLITICS DIPLOMACY SUMMIT TOPSHOT - Turkey's President Recep Tayyip Erdogan (L) and US President Joe Biden shake hands at the start of the first plenary session of the NATO summit at the Ifema congress centre in Madrid, on June 29, 2022. (Photo by GABRIEL BOUYS / AFP) (Photo by GABRIEL BOUYS/AFP via Getty Images)
30 mart / 17:06
Burada sizin reklamınız ola bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edəcək.
Reuters yazır ki, bu məlumatı martın 29-da Türkiyənin təhlükəsizlik rəsmilərindən biri verib.

Bu, Türkiyə prezidentinin Co Bayden administrasiyasının hakimiyyəti dövründə Vaşinqtona ilk səfəri olacaq.
Ərdoğan son dəfə Vaşinqtonda 2019-cu ildə olmuş və ovaxtkı prezident Donald Trampla görüşmüşdü.
Reuters yazır ki, Türkiyə Bayden 2020-ci ildə prezident seçiləndən bəri iki ölkə liderinin üzbəüz görüşünü gözləməkdə idi.

Ötən müddət ərazində Ankara ilə Vaşinqton arasında münasibətlər müxtəlif məsələlərlə bağlı xeyli gərgin olub

Paylaş
Burada sizin reklamınız ola bilər