Dünya

Stoltenberqin Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb

18 mart / 16:28 1 dəq
65f830d42ac2b65f830d42ac2c171076424465f830d42ac2965f830d42ac2a
18 mart / 16:28
Burada sizin reklamınız ola bilər

Gürcüstan hökuməti Tbilisidə səfərdə olan NATO Baş katibi Yens Stoltenberqin Baş nazir İrakli Kobaxidze ilə müzakirə etdiyi məsələləri açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, tərəflər söhbət zamanı Gürcüstanın Avro-Atlantik inteqrasiyasına, NATO-Gürcüstan əlaqələrinin gündəliyinə və gələcək əməkdaşlıq perspektivlərinə diqqət yetiriblər.

Qeyd olunub ki, NATO inteqrasiyası Gürcüstanın xarici siyasət prioritetidir və bu, ölkə konstitusiyasında əksini tapıb.

Məlumata görə, Qara dəniz təhlükəsizliyi məsələləri və Qara dəniz regionunda sabitliyin vacibliyi vurğulanıb. Baş nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə NATO baş katibinə təşəkkür edib.

Paylaş
Burada sizin reklamınız ola bilər